Silahlı qruplaşmalar arasında atışma: Azərbaycanlı qanqsterlər kimlərdir? – FOTOLAR

Odessa vilayətinin hüquq-mühafizə orqanlarının əməkdaşları Azərbaycandan olan kriminal qruplaşmanın üzvlərini həbs ediblər.

Yenicag.az xəbər verir ki, restoranların birində baş verən silahlı atışma ilə bağlı məlumatı Odessa vilayəti üzrə baş polis idarəsinin rəisi Dmitri Qolovin yayıb.

Qolovinin yaydığı məlumata görə, bir neçə gün əvvəl xəstəxanalardan birinə ayaq nahiyəsindən güllə yarası almış gənc oğlan yerləşdirilib. Yaralı baş vermiş hadisə ilə bağlı danışmaqdan çəkinib. Bu barədə tibb işçiləri polisə məlumat veriblər.

Hüquq-mühafizə orqanlarının əməkdaşlarının suallarını cavablandıran yaralı silahla ehtiyatsız davrandığı üçün xəsarət aldığını bildirib. Onun bu ifadəsini 11 nəfər şahid də təsdiqləyib. Lakin istintaq zamanı bəzi təfərrüatlar üzə çıxıb.

Məlum olub ki, atışma restoranlardan birinin qarşısında iki qruplaşma arasında baş verib. Qarşı tərəf Azərbaycan vətəndaşlarından ibarət olub. Polis əməkdaşları hadisə yerinə gedərək, müşahidə kameralarındakı görüntüləri götürüb, şahidləri dindiriblər.

İstintaq tədbirləri nəticəsində 90-cı illərin qonaqlarından xeyli sayda silah-sürsat, iki bahalı avtomobil aşkarlanaraq götürülüb. Saxlanılan şəxslər əvvəllər Azərbaycanda mühakimə ediliblər.

COP29