Azərbaycanda silahlı qüvvələrin müvafiq vasitələrlə təmini üçün ümumi qayda müəyyən edilir.
Yenicag.az xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, Azərbaycan Ordusunun və başqa silahlı birləşmələrin hər biri üçün ayrılıqda müvafiq vasitələrlə təmin edilməsi qaydası və təminat norması müəyyən edilməyəcək, onlar üçün ümumi qayda müəyyən ediləcək.
Qanun layihəsi səsə qoyularaq I oxunuşda qəbul edilib.