Suriyanın paytaxtı Dəməşqin cənub-qərbində rejim qüvvələrinə qarşı irəliləyən silahlı müxalif qruplar paytaxtın cənub ətrafına daxil olmağa başlayıb.
Yenicag.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Silahlılar bu gün üçdən çox şəhəri Əsəd rejimindən təmizləyərək paytaxta çatıblar.
Azad Suriya Ordusunun qüvvələri rejimin hakim olduğu bölgədə xeyli irəliləyiş əldə edib.
Hazırda tərəflər arasında şiddətli toqquşmalar baş verir.