!Reklam
Ziraat Bank New 160×600
Koronavirus
Azersun New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Silsilə oğurluqlar edən dəstə üzvləri yaxalandılar

Göyçay Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində rayon ərazisində silsilə oğurluqlar edən dəstə üzvləri saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Yenicag.az-a verilən məlumata görə, polis şöbəsinə İkinci Ərəbcəbirli kəndində və şəhər ərazisində yerləşən həyətyanı sahələrdən, eləcə də Qızılağac kəndindəki qaynaqçı sexindən ümumi dəyəri 2 000 manata yaxın olan dəmir konstruksiyaların oğurlanması barədə müraciətlər daxil olub.

Müraciətlərlə əlaqədar keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində cinayət hadisələrini törətməkdə şübhəli bilinən qonşular – keçmiş məhkum Orxan Abdurəhimli, Seyran İsmayılov, Tərlan Həsənov və onların oğurladıqlarını daşımaq üçün sifariş etdikləri yük avtomobilinin sürücüsü Qəzənfər Fərzəliyev saxlanılıb. Saxlanılan şəxslər ifadələrində əməllərini etiraf ediblər və gecə saatlarında oğurladıqları dəmir konstruksiyaları Q.Fərzəliyevin idarə etdiyi “QAZel” markalı yük avtomobili ilə daşıyaraq əlvan metal qəbulu məntəqələrinə satdıqlarını bildiriblər.

Faktla bağlı Göyçay Rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir. Qeyd edək ki, saxlanılan Orxan Abdurəhimli, Seyran İsmayılov və Tərlan Həsənovun digər analoji cinayətlərdə də iştirakları istisna edilmir. Onların əməllərindən zərərçəkən başqa şəxslər olarsa, bu barədə DİN-in “102” Zəng Mərkəzinə və ya polis şöbəsinə müraciət edə bilərlər.

www.yenicag.az

96
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100