!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Şimal bölgəsində güclü şaxta…

!Reklam – Yazi

wz6DzMH-277Azərbaycanın şimal bölgəsində qarlı-şaxtalı hava şəraiti davam edir.

Bölgədə avtomobil yolları qardan və buzdan təmizlənsə də yol polisləri sürücülərə xəbərdarlıq edir.

Şimal bölgəsində gecə şaxta rekord dərəcəyə catıb. 46 sm qar olan Qubanın Qrız kəndində 16 dərəcə şaxta müşahidə olunub. Xınalıqda isə şaxta 15 dərəcə olub. Bölgənin həm rayondaxili, həm də magistral avtomobil yolları buz bağlayıb. Yolların buz bağlamış hissələrinin açılması üçün Azəryolservisin Quba, Qusar, Xaçmaz yol idarələri gücləndirilmiş rejimdə çalışır. 5 saylı Xaçmaz yol idarəsinin baş mühəndisi Məmmədşah Hacımuradovun sözlərinə görə, idarənin balansında 109 km Respublika əhəmiyyətli, 291 km yerli əhəmiyyətli yol var ki, eniş-yoxuş olan hissələrinin buzdan təmizlənməsi diqqətdə saxlanılır.

“Gücləndirilmis rejimdə işləyirik. Hər gün üçün növbətçi cədvəli tərtib olunub. Səhər tezdən axsam qaranlığa kimi işləyirik. Gecə də növbətçilər dayanır. 30 ton qumumuz, 500 kubmetrdən hazır qumumuz var. Yəni ki, bir ayda biz çox işlətsək, 150. 200 kuba yaxın qum islədirik.” – deyə 5 saylı Yol İstismar İdarəsinin baş mühəndisi Məmmədşah Hacımuradov bildirib.

Şimal bölgəsində Bakı-Quba-Rusiya sərhəd yolunun Siyəzənin Zarat hissəsindən Qusarın Samur qəsəbəsinə qədər hissəsi buz bağlayıb. Müşahidələrmizə görə, ərazi üzrə yol nəqliyyat işçiləri yolun Qusar və Quba hissəsində duz qarıçıq qum tökülməsini təmin ediblər. Bununla belə ərazi üzrə yol polisləri sürücülərə buzlu avtomobil yollarında ehtiyyatlı olmağı tövsiyə edir.

“Sürücülərə tövsiyəmiz odur ki, şinlərə fikir veürsinlər. Sütət həddini düzgün seçsinlər.” – BDYP-nin 2 saylı tağımınin əməkdaşı Tariyel Haciyev qeyd edib.

Qeyri-sabit havanın yanvarın 27-si gündüz saatlarından normallaşacaqı gözlənilir.

www.yenicag.az

520
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv