Şimali İraqa hansı sanksiyalar tətbiq olunacaq?

Türkiyənin Milli Təhlükəsizlik və Nazirlər Kabinetində Şimali İraqa sanksiyaların tətbiqi ilə bağlı məsələ gündəmə gətirilib.

Yenicag.az xəbər verir ki, Türkiyə 25 sentyabra planlaşdırılan referendum nəticələrini heç bir vəchlə tanımayacağını bəyan edib. Buna görə də Ankara rəsmi tədbirlər siyahısı hazırlayır. Başda iqtisadi olmaqla, siyasi və hərbi sanksiyaların tətbiq olunacağı bildirilir.

Ehtimallara görə, 22 sentyabrda müzakirəyə çıxarılacaq layihədə aşağıdakı məsələlər olacaq:

Baş Konsulluq: Ərbil Baş Konsulluğunun bağlanılması.

Habur keçid məntəqəsi: Şimali İraq iqtisadi və ticarət sahəsində Türkiyədən asılıdır. Türkiyə Şimali İraqla arasında olan Habur keçid məntəqəsini bağlaya və ya giriş-çıxışı məhdudlaşdıra bilər.

Boru xətləri: Türkiyə referendumdan sonra Şimali İraq neftini Ceyhan vasitəsilə Avropaya daşıyan boru xəttindən istifadəni dayandırmağı tələb edəcək. Həmçinin, Ərbildən Şırnaka çəkiləcək qaz xətti ilə bağlı layihə təxirə salına bilər.

Hərbi təlimlər: Türkiyə İŞİD ilə mübarizədə Peşmərgə güclərinə hərbi və logistika dəstəyi vermişdi. Bu yardım tamamilə kəsiləcək.

Ticarətdə məhdudlaşdırma: Bölgədə satışa çıxarılan məhsulların 50%-ni türk malları təşkil edir. Həmçinin, Şimali İraqa ən çox sərmayə yatıran ölkələr arasında Türkiyə ilk beşlikdədir.

Hərbi müdaxilə: Türkmanlara qarşı hər hansı təzyiq olarsa, Türkiyə hərbi müdaxilə variantına əl atacaq.

COP29