Şimali İraqda atəşkəs elan olundu

İraq qüvvələri və Peşmerge arasında atəşkəsin əldə olunması ilə bağlı razılıq imzalanıb.

Yenicag.az xarici KİV-ə istinadən xəbər verir ki, İraq Regional Kürd Hökumətinin həyata keçirtdiyi referendumdan sonra bölgədə hərbi əməliyyatlar başlamışdı. Kərkük başda olmaqla, bir sıra stratejik ərazilər uğrunda gedən qarşıdurma hər iki tərəfin razılığı ilə sona çatıb.