Şimali İraqda atəşkəs rejimi uzadıldı

İraqın hökumət qüvvələri ilə Kürd hərbi birləşmələri (“peşmərgə”) hərbi əməliyyatların dayandırılması rejiminin uzadılması barədə razılıq əldə ediblər.

Yenicag.az xəbər verir ki, razılaşma İraq Silahlı Qüvvələri komandanlığı və “peşmərgə” nümayəndələri arasında əldə olunub. Görüş ABŞ-ın rəhbərlik etdiyi anti-terror koalisiyası nümayəndələrinin iştirakı ilə baş tutub.

Atəşkəs rejimi tərəflər mübahisəli ərazilər, eləcə də sərhəd məntəqələrinin birgə idarəsini razılaşdırana qədər qüvvədə qalacaq.

COP29