Şimali İraqda əməliyyat: Türkiyə HHQ-si 19 terrorçunu zərərsizləşdirdi

Türkiyə HHQ İraqın şimalında keçirdiyi əməliyyat nəticəsində 19 terrorçunu məhv edib.

Yenicag.az Türkiyə mediasına istinadən xəbər verir ki, əməliyyatlar İraqın Zap, Həkürk, Kandil, Avaşin-Basyan və Sinat-Haftanin bölgələrində aparılıb.

Beləliklə, son 4 gündə İraqın şimalında məhv edilən terrorçuların sayı 57-yə çatıb.