!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Şimali Kipr Türk Cümhuriyyətində hökumət böhranı

!Reklam – Yazi

Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri Tufan Ərhürman istefa ərizəsini Prezident Mustafa Akıncıya təqdim edib.

Yenicag.az xəbər verir ki, buna səbəb koalisiya ortağı Xalqın Partiyasının hökumətdən ayrılması olub.

Prezident isə öz növbəsində Ərhürmandan yeni hökumət qurulanadək vəzifəsinə davam etməsini istəyib. O, siyasi partiya təmsilçiləri ilə görüşəcəyini və tezliklə hökumətin qurulması üçün addımlar atılmasının lazım olduğunu partiya rəhbərlərinə çatdıracağını bildirib.

Qeyd edək ki, Şimali Kipr Türkiyə Cümhuriyyətində 2018-ci ildə növbədənkənar seçkilər keçirilib və Tufan Ərhürmanın başçılığında Cumhuriyyətçi Türk Partiyası, Xalqın Partiyası, Toplumçu Demokratiya Partiyası və Demokrat Partiyasından ibarət Koalisiya hökuməti qurulub.

Şimali Kipr Türk Cümhuriyyətinin maliyyə naziri Sərdar Denktaşın Rauf Denktaş Universiteti ərazisi ilə bağlı layihəsinin qanuna uyğun olmadığı ortaya çıxdıqdan sonra hökumətin koalisiya ortağı Xalqın Partiyası hökumətdən ayrıldığını bildirib.

Aqil Bəkir

www.yenicag.az

1562
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv