!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Şimali Kiprin Azərbaycanın dəstəyinə daha çox ehtiyacı var” - Orxan Həsənoğlu

!Reklam – Yazi

“Yaxın zamanlarda Dövlət Neft Şirkəti kimi böyük müəssisələrin Şimali Kiprə investisiya qoyması real görünmür”.

Bu fikirləri “Yeni Çag” Media Qrupunun “Bizimkilər” layihəsində çıxışı zamanı Azərbaycan-Kıbrıs Dostluq Cəmiyyətinin sədri Orxan Həsənoğlu bildirib.

Orxan Həsənoğlunun sözlərinə görə, indiki şəraitdə Şimali Kiprin Azərbaycan tərəfindən dəstəklənməsinə daha çox ehtiyac var:

“Şimali Kiprdə Azərbaycan təmsilçiliyinin açılmamasının başlıca səbəbi Qarabağ məsələsidir. Lakin Şimaali Kiprin Azərbaycanda təmsilçiliyinin olması müsbət haldır.

Çünki Şimali Kipr türklərin dili ilə desək, “kiçik vətən”dir. Onların bizim diqqətimizə ehtiyacı var. Bu baxımdan, Azərbaycan nümayəndə heyəti beynəlxalq tədbirlərdə Şimali Kiprlə bağlı keçirilən müzakirələrdə hər zaman fəal olub.

Ancaq iqtisadi cəhətdən Şimali Kipr Azərbaycan üçün çox da maraqlı ölkə sayılmır. Çünki hazırda Şimali Kiprdə investisiya mühiti istənilən səviyyədə deyil.

Dünya dövlətləri tərəfindən Şimali Kiprin müstəqilliyinin tanınmaması iş adamlarımızın oraya ciddi yatırımlar etməsinə mane olur. Yaxın zamanlarda Dövlət Neft Şirkəti kimi böyük müəssisələrin də Şimali Kiprə investisiya qoyması real görünmür “.

Gülşən Şərif

www.yenicag.az

2031
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv