“ŞKTR-nin Türk Dövlətləri Təşkilatı nəzdində siyasi-iqtisadi qərarların verilməsində vacib rolu olacaq”.
Bu fikirləri noyabrın 11-də Səmərqənddə baş tutan Türk Dövlətləri Təşkilatının (TDT) IX Zirvə Görüşündə Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) bu quruma müşahidəçi qismində üzv seçilməsinə münasibət bildirən siyasi şərhçi Tural İsmayılov Yenicag.az-a açıqlamasında deyib.
O, bildirib ki, Şimali Kipr Türk Respublikasının Türk Dövlətləri Təşkilatına müşahidəçi qismində cəlb edilməsi önəmli addımdır:
“Şimali Kipr Türk Respublikasının gələcəkdə beynəlxalq arenada müstəqilliyinin tanınması yönündə uğurlu siyasət aparılır. ŞKTR-nin Türk Dövlətləri Təşkilatı nəzdində siyasi-iqtisadi qərarların verilməsində vacib rolu olacaq.
Şimali Kipr Türk Respublikasının Türkiyə və Azərbaycanla əlaqələri var idi. TDT-də müşahidəçi qismində qatılmasından sonra digər türk dövlətlərilə də əlaqələrinin genişləyəcəyini hesab edirəm. ŞKTR-nin iqtisadi potensialı kifayət qədər güclüdür. Yaradılmış əlaqələrdən həm ŞKTR, həm də digər türk dövlətləri yararlanacaq.
TDT-də müşahidəçi qismində, həmçinin Avropa ölkəsi olan Macarıstan da iştirak edir. ŞKTR-nin TDT-yə qatılması əlaqələrinin Avropaya qədər genişlənməsinə şərait yaradır”.
Nəsimi Ələsgərli