Şimali Koreya ABŞ-ı Yer üzündən silə bilər: Pentaqonun məxfi hesabatı

Pentaqonun hazırladığı gizli hesabata əsasən, Şimali Koreya 2018-ci ildə qitələrarası ballistik nüvə raketi atmaq imkanına sahib olacaq.

Yenicag.az Washington Post qəzetinə istinadən xəbər verir ki, Pentaqon kəşfiyyat qurumu Defence Intelligency Agency (DIA) bundan əvvəlki qiymətləndirməsində Şimali Koreyanın belə bir imkana 2020-ci ildən tez sahib olmayacağını proqnozlaşdırmışdı.

Lakin Şimali Koreyanın həyata keçirtdiyi son sınaqlardan sonra əldə edilən məlumatlara əsasən, bu ölkədə “heyrətləndirici dərəcədə texniki inkişaf qeydə alınıb”.

DIA-nın hazırladığı sənədin məzmunu barədə məlumatlı olan mənbə bildirib ki, hesabata əsasən, Şimali Koreya 2018-ci ildən etibarən ardıcıl olaraq raket istehsal etməyə hazırdır.

Yenicag.az

COP29