Şimali Koreyanın xarici işlər naziri Ço Son-Hui Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterreşi ABŞ-nin oyuncağı olmaqda ittiham edib.
Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, nazir Quterreşi ölkəsinin noyabrın 18-də qitələrarası ballistik raket (ICBM) buraxmasından sonra ABŞ-nin başçılıq etdiyi qınaqlara qoşulduğu üçün kəskin tənqid edib.
Quterreşin BMT Nizamnaməsinin məqsəd və prinsiplərinin qərəzsizliyini və bərabərliyini müdafiə edən missiyasını bilməməsindən dərin kədərləndiyini bildirən Ço Quterreşi ABŞ-nin oyuncağı olduğunu vurğulayıb.