Ölkənin ali qanunvericilik və nümayəndəlik orqanı olan KXDR Ali Xalq Məclisinin Daimi Komitəsi Cənubi Koreya ilə iqtisadi əməkdaşlığa dair bütün qanunları ləğv etmək qərarına gəlib.
Yenicag.az xəbər verir ki, bu barədə Şimali Koreyanın dövlət xəbər agentliyi KCNA məlumat yayıb.
KXDR-də daimi komissiyanın qərarına əsasən, Koreyalararası iqtisadi əməkdaşlıq haqqında, Kumqan dağına (KXDR ərazisində yerləşir – red.) beynəlxalq turlar üçün xüsusi zona haqqında qanunlar və onun tətbiqi qaydaları, eləcə də Şimalla Cənub arasında iqtisadi qarşılıqlı fəaliyyət haqqında digər sazişlər qüvvədən düşüb. /unikal