Ötən həftə Şimali Koreyadan Cənubi Koreyaya qaçmağa cəhd edən əsgər hərbiçi yoldaşları tərəfindən atəşə tutulub.
Yenicag.az xəbər verir ki, 5 güllə yarası alan əsgəri Cənubi Koreya hərbiçiləri sərhəd zonasından çıxararaq xəstəxanaya yerləşdiriblər. 5 saat davam edən cərrahiyyə əməliyyatından sonra onun sağlıq durumu qeyri-müəyyən olaraq qalır.
Qeyd edək ki, sərhəd zonasında qaçış nadir olay sayılır. Sonuncu dəfə Şimali Koreya əsgəri tərəfindən belə bir cəhd 2007-ci ildə, ondan öncə isə 1998-ci ildə baş vermişdi.