Çinli araşdırmaçılar Şimali Koreyanın nüvə testləri ilə əlaqədar iddia irəli sürüblər.
Yenicag.az xarici KİV-ə istinadən xəbər verir ki, bir qrup çinli mütəxəssis Şimali Koreyanın nüvə sınaqları keçirdiyi ərazinin tamamilə çökdüyünü və istifadəyə yararsız hala düşdüyünü bildiriblər. Onların sözlərinə görə, sadəcə bir nüvə sınağının həyata keçirilməsi böyük bir faciəyə səbəb ola bilər.
Qeyd edək ki, Şimali Koreya rəsmiləri bir müddət əvvəl Seul və Vaşinqtonla razılığın əldə olunduğunu və bundan sonra nüvə sınağı keçirməyəcəklərini açıqlamışdılar.