Kim Çen In Putinlə görüşdə ondan yanacaq, taxıl və ərzaq məhsullarının təminatını xahiş edib və Putin bu məsələləri tez bir zamanda həll olunacağını bildirib. Qarşılığında isə KXDR Rusiya tərəfinə silah-sursat, mərmilər tədarük edəcək, sovet ehtiyatları Moskvaya təhvil veriləcək.
Yenicag.az xəbər verir ki, bu barədə nüfuzlu “The New York Times” nəşri məlumat yayıb.
Qəzet yazır ki, ötən il Rusiya ilə ticarətə görə Şimali Koreya iqtisadiyyatı son 20 ildə ilk dəfə 1 faiz artım göstərib, eyni zamanda, ölkə embarqo qarşısında ciddi nəfəslik əldə edib.
“Ola bilər ki, Rusiya BMT-nin Şimali Koreyaya qarşı sanksiyalarından ya birbaşa, ya da dolayı yol ilə ayrılsın. Bu isə region ölkələri üçün yeni təhdiddir. Ötən il Moskva Kimə “Mercedes” avtomobili hədiyyə edib və 9 milyon dollar beynəlxalq dondurulmuş aktivlərini Koreya tərəfinə təhvil verib. Kim Cənubi Koreyanı izləmək üçün Moskva ilə kosmik əməkdaşlığa can atır. Lakin Kreml burada Seulla münasibətlərin bərpası üçün açıq qapı saxlayaraq bu istiqamətdə rıçaqları əldən verməməyə çalışır”, – deyə nəşr yazıb.
Rafi Müslümov