Şimali Koreya nümayəndələri Azərbaycana gəlir

Şimali Koreya Xarici İşlər nazirinin müavini Pak Myong Qukun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana rəsmi səfər edəcək.

Yenicag.az xəbər verir ki, səfər Qoşulmama Hərəkatına üzv ölkələri ziyarət çərçivəsində baş tutacaq.

Nazirliyin nümayəndələri həmçinin Monqolustan, İran və Suriyaya da səfər edəcəklər.

Ş. Koreyanın rəsmi nümayəndə heyəti şənbə günü Pekindən Yaxın Şərq istiqamətində uçublar.