Şimali Koreya sualtı nüvə silahı sistemini sınaqdan keçirdi – FOTO

Şimali Koreya ordusu “Heil-5-23” sualtı nüvə silahı sistemini sınaqdan keçirib.

Bu barədə Koreya Mərkəzi Xəbər Agentliyi (KCNA) ölkənin Müdafiə Nazirliyinə istinadən xəbər verir.

Qeyd edilib ki, sınaqlar ABŞ-nin “Carl Vinson” atom aviadaşıyıcısı, “Aegis” çoxfunksiyalı döyüş sistemi ilə təchiz edilmiş “Princeton” kreyseri, həmçinin Yaponiya və Cənubi Koreya donanmalarının gəmilərinin iştirakı ilə Çeçju adasının ətrafında keçirilən üç günlük dəniz təliminə cavab olaraq gerçəkləşdirilib.

“Hazırkı təlimlər regionda vəziyyətin daha da gərginləşməsinə səbəb olub və dövlətimizin təhlükəsizliyini ciddi şəkildə təhdid edən hərəkətlərdir”, – deyə qurumdan vurğulanıb.