Şimali Koreya üç yeni raketini sınaqdan keçirdi

Şimali Koreya Yapon dənizində 3 raketini sınaqdan keçirib.

Yenicag.az xəbər verir ki, bu barədə məlumatı Cənubi Koreyanın Baş Qərargahı yayıb.

Raketlər şimal-şərq istiqamətində Həmhin əyalətinin Sondok şəhərinə bitişik ərazilərdən atılıb.

Raketlərin mənzilinin 200 kilometrə qədər olduğu və 50 kilometr yüksəkliyə çatdığı qeyd olunub.

Qeyd edək ki, Şimali Koreya martın 2-də də iki raketin sınağını gerçəkləşdirmişdi.

Xatırladaq ki, ötən ilin dekabrında KXDR lideri Kim Çen In ölkəsinin tezliklə yeni strateji silahlar təqdim edəcəyini açıqlamışdı.

COP29