Şimali Koreya Yapon dənizinə raket buraxıb

Şimali Koreya hərbçiləri Yapon dənizinə raket buraxıb.

Yeniçağ.Az-ın “APA”ya istinadən verdiyi xəbərə görə, bu barədə Cənubi Koreyanın Müdafiə nazirliyindən bildiriblər.

Tipi məlum olmayan raket Şimali Koreyanın Phönan-Pukto əyalətindəki kosmodromdan buraxılıb. Pxenyanın qitələrarası ballistik raketin sınaqdan keçirdiyi ehtimal olunur.

Yeniçağ.Az