Şimali Koreya Xalq Respublikasının lideri Kim Çen In hakimiyyətdə olduğu beş il ərzində 340 nəfərin edam edilməsinə dair göstəriş verib.
Yeniçağ.Az-ın Oxu.Az-a istinadən verdiyi məlumata görə, bu barədə Milli Təhlükəsizlik Strategiyası İnstitutunun hesabatında deyilir.
Məlumata əsasən, onların arasında hökumətdə yer alan 140 yüksək rütbəli zabit, hərbçilər və hakim partiyanın üzvləri var.
Hesabatda deyilir ki, Şimali Koreya lideri öz hakimiyyətini gücləndirmək üçün edamlardan istifadə edir.
Məsələn, Şimali Koreyanın lideri beş ildir ki hakimiyyətdədir və o, bu müddətdə müdafiə nazirini beş dəfə dəyişib. Halbuki, onun atası 17 il ərzində müdafiə nazirini cəmi 3 dəfə dəyişib və bu dəyişmənin ikisi nazirin qocalıqdan ölməsi ilə bağlı olub.
Yeniçağ.Az