Şimali Koreyadan olan hakerlər Türkiyənin ticarət və maliyyə qurumlarına kiber hücumlar təşkil ediblər.
Yenicag.az türk mediasına istinadən xəbər verir ki, “Hidden Cobra” və “Lazarus Group” adları ilə tanınan mütəşəkkil cinayətkar dəstə “Bankshot” virusu ilə Türkiyədən pul oğurlamağa cəhd ediblər. Lakin koreyalı hakerlərin bu kiber hücumu nəticəsiz qalıb.
Kiber təhlükəsizlik mütəxəssisləri dövlətə aid olan maliyyə qurumlarına bu hücumdan heç bir maddi zərər dəymədiyini açıqlayıb.