Şimali Koreyanın göndərdiyi zibil balonu Seulda prezident ofisinə düşdü

Şimali Koreyanın göndərdiyi zibil dolu hava şarı Cənubi Koreyada prezident ofisinin binasına düşüb.

Yenicag.az xəbər verir ki, bu barədə Cənubi Koreya Prezidentinin Təhlükəsizlik Xidməti (PSS) açıqlama verib.

Açıqlamada, Pxenyanın göndərdiyi zibil daşıyan şarın havada partlayaraq prezident ofisinin binasına düşdüyü və tullantılar üzərində aparılan ekspertizalarda heç bir təhlükəli maddənin aşkar edilmədiyi bildirilib./unikal

COP29