İsrailin keçmiş prezidenti Şimon Peres ölümündən əvvəl könüllü olaraq bütün orqanlarını bağışlayıb.
“RİA Novosti” xəbər verir ki, bunu onun həkimi və kürəkəni Rafi Valdman deyib. O bildirib ki, ailəsi ölümündən sonra onun gözlərinin buynuz qişasının transplantasiyasına icazə verib.
Xatırladaq ki, İsrailin keçmiş prezidenti Şimon Peres bu gün 94 yaşında Təl-Əvivdə vəfat edib.
www.yenicag.az