!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Simonyandan İlham Əliyev-Paşinyan danışıqları ilə bağlı AÇIQLAMA

!Reklam – Yazi

Kazandakı razılaşmalar elan olunanlarla eynidir: sülhün bərqərar olması, kommunikasiyaların açılması və məhbuslar haqqındadır.

Yenicag.az xəbər verir ki, bu barədə Ermənistan parlamentinin spikeri Alen Simonyan açıqlayıb.

O, Prezident İlham Əliyevlə Nikol Paşinyan arasında Kazanda keçirilən görüşə və əldə olunan razılaşmalara toxunub: “Çıxışlar olanda əvvəlcə birbaşa masa arxasında kifayət qədər uzun söhbət oldu. Səhv etmirəmsə, baş nazirlə qonşu ölkənin başçısı bir saatdan çox danışıblar, sonra həmin söhbət başqa formata keçirilib”.

Simonyan sərhədlərin demarkasiyası komissiyalarının tənzimlənməsini ikitərəfli qələbə adlandırıb və bunun Ermənistanla Azərbaycan arasında ilk sənəd olduğunu vurğulayıb: “Onun həyata keçirilməsi həm Ermənistanın, həm də Azərbaycanın müstəqilliyinin və ərazi bütövlüyünün ən mühüm təməl daşlarından biridir. Biz irəliləyəcəyik və tam ümid edirəm ki, müsbət prosesimiz olacaq”.

Spikerin fikrincə, siyasi iradə olarsa, Ermənistanla Azərbaycan arasında bütün məsələlər həll oluna bilər: “Həm Azərbaycan, həm də Ermənistan 30 ildən artıq davam edən bu münaqişə zamanı bir çox həll olunmamış məsələləri qoyub və siyasi iradə olduqda bütün bu məsələləri həll etmək olar”. /unikal

COP29

www.yenicag.az

114
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv