Simonyanın Kanadaya səfəri ləğv edildi

Ermənistan parlamentinin sədri Alen Simonyanın Kanadaya səfəri ləğv edilib.

Yenicag.az xəbər verir ki, bu barədə erməni KİV məlumat yayıb.

Məlumata görə, spiker sentyabrın 25-30-da Kanadanın Ottava şəhərinə rəsmi səfərə getməli idi.

Parlamentin mətbuat katibi Mesrop Arutyunyan bildirib ki, səfər ləğv olunmayıb, naməlum müddətə təxirə salınıb və onu təxirə salan tərəf Kanadadır: “Kanadada yaranmış siyasi böhran səbəbindən səfər təxirə salınıb. Kanadada koalisiya qüvvələrindən biri koalisiyanı tərk edib və ölkədə daxili siyasi böhran hökm sürür. Kanada Parlamentinin İcmalar Palatasının sədri Simonyana zəng edərək, daxili siyasi vəziyyətlə əlaqədar səfərin tarixlərini təxirə salmağı xahiş edib. Simonyan razılığını verdi, vəziyyətin nəticəsindən asılı olaraq təxirə salınmış səfərin tarixləri müzakirə olunacaq”./unikal

COP29