“Azərbaycan parlamentinin sədri Sahibə Qafarova və Ermənistan parlamentinin sədri Alen Simonyan oktyabrda Cenevrədə ölkələr arasındakı sülh nizamlanması çərçivəsində görüşəcəklər”.
Yenicag.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə Parlamentlərarası İttifaqın mətbuat katibi Tomas Fitzsimons məlumat verib.
“Ermənistan və Azərbaycan parlamentlərinin sədrlərinin ikitərəfli görüşü artıq üçüncü dəfə oktyabrın 13-dən 17-dək Cenevrədə Parlamentlərarası İttifaqın 149-cu Assambleyası çərçivəsində keçiriləcək”, – o qeyd edib.
Mətbuat katibinin sözlərinə görə, görüşün dəqiq tarixi hələ açıqlanmayıb. Fitzsimons həmçinin qeyd edib ki, bu görüş regionda sülh səylərinə fayda verməlidir.