“Büdcə intizamını təmin edirik. Dezinflyasiya prosesindəyik, inflyasiya azalır”.
Yenicag.az xəbər verir ki, bunu Türkiyənin maliyyə naizri Mehmet Şimşək Dubayda keçirilən Dünya Hökumətlər Zirvəsində çıxış edərkən deyib.
O bildirib ki, Türkiyə lirəsi performansı yaxşı olan valyutalardandır:
“Valyuta və maliyyə siyasətindən, çox geniş struktural islahat gündəminin birliyindən danışırıq. Siyasətdə qətiyyətimizi davam etdiririk və məncə, inkişaf get-gedə güclənir”.