!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

“Simurq”-la “Neftçi” 3 xala sevindi

!Reklam – Yazi

81653Milli komandanın oyununa görə Premyer Liqada yarınmış fasilə başa çatıb.

Yenicag.az anspress-ə istinadən xəbər verir ki, bu gün XXVII tura start verilib. III dövrənin son turunun ilk oyun günündə 3 matç baş tutub.

Tura “Simurq” – AZAL matçı ilə start verilib. Avropa Liqasına vəsiqə uğrunda yarışan komandaların oyununda bir qol vurulub. 37-ci dəqiqədə Draqan Çeran penaltini dəqiq yerinə yetirərək “Simurq”a qələbə qazandırıb. 44-cü dəqiqədə AZAL da penalti vurmaq imkanı əldə edib. Amma Freddi Mombonqonun zərbəsi dəqiq olmayıb.

Dünən rəhbər dəyişikliyinə gedən “Neftçi” autsayder “Bakı”nı qəbul edib. Hesabı 42-ci dəqiqədə Nikolas Kanales açıb. 65-ci dəqiqədə isə Julius Vobay fərqlənib. Bununla da “Neftçi” 2:0 hesablı qələbə qazanıb.

Günün digər oyununda “Xəzər Lənkəran” doğma meydanda “Sumqayıt”ı sınağa çəkib. Bol qollu keçən oyunda hesabı 10-cu dəqiqədə qonaqlardan Slavik Alxasov açıb. 30-cu dəqiqədə Rasim Ramaldanov bərabərliyi təmin edib. 63-cu dəqiqədə “Xəzər Lənkəran” Ruslan Poladovun avtoqoluna sevinsə də, 6 dəqiqə sonra Aleksandr Çertoqanov yenidən oyunda status-kvo yaradıb. Buna baхmayaraq “Xəzər Lənkəran” qələbə qolunu vura bilib. 87-ci dəqiqədə rəqib qapısına yol tapan Mauel Skarlatake qələbənin müəllifi olub – 3:2.

Qeyd edək ki, tura sabah keçiriləcək “Qarabağ” – “İnter” oyunu ilə yekun vurulacaq. “Qəbələ” isə bu turda istirahət edib.

Premyer Liqa
2014/15 mövsümü
III dövrə, XXVII tur

1 aprel
Simurq – AZAL 1:0
Qol: Draqan Çeran, 37-pen.

Xəzər Lənkəran – Sumqayıt 3:2
Qollar: Rasim Ramaldanov, 30. Ruslan Poladov, 63 (avtoqol). Mauel Skarlatake, 87 – Slavik Alxasov, 10. Aleksandr Çertoqanov, 69.

Neftçi – Bakı 2:0
Qollar: Nikolas Kanales, 42. Julius Vobay, 65.

www.yenicag.az

641
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv