Sinan Burhan dəhşətli zəlzələ barədə: “Rəqəmlərin artacağından narahatıq”

Türkiyənin cənubunda və Suriyanın şimalında baş verən 7,8 bal gücündə zəlzələ nəticəsində azı 400 nəfər dünyasını dəyişib. Zəlzələ Türkiyə vaxtı ilə saat 04:00 radələrində baş verib. Yeraltı təkanlar ölkənin səkkizdən çox vilayətində hiss olunub. Hazırda əsas diqqət mərkəzi Türkiyəyə yönəlib.

Yenicag.az xəbər verir ki, belə bir məqam da Anadolu Yayınçılar Dərnəyinin başqanı Sinan Burhan Medianews.az-a açıqlamasında Türkiyənin hazırda ağır bir dönəmdən keçdiyini bildirib:

“Bugün səhər saatlarında Qəhrəmanmaraşın mərkəzində baş verən 7,7 bal gücündə zəlzələ həqiqətən də böyük dağıntılara səbəb oldu. Gecə saatlarında Türkiyənin Qəhrəmanmaraş bölgəsində 7,4 bal, Qaziantepdə isə 6,5-6,4 bal gücündə zəlzələ baş verdi və bu da təsirsiz ötüşmədi.

Təbii fəlakət zamanı Malatya, Diyarbakır, Adana, Hatay, Kilis və Osmaniye vilayətlərində binalar dağılıb. Vilayətdə dağıntılar sərt şəkildə özünü göstərdi, indi yörd yüzə yaxın şəhidimiz var, minlərlə yaralılar o ağır və çökən binaların altından xilas edilib. Vəziyyət bir qədər gərgindir. Qeyd etdiyim rəqəmlərin artacağından narahatıq.

Belə gündə dost və qardaş ölkə Azərbaycan 350 nəfərlik heyətlə dəstək göndərdi. Bir neçə dəqiqədən sonra həmin dəstək qüvvələri Türkiyədə olacaq”.