Sınaq imtahanının nəticələri açıqlandı – DİM

Yeni təhsil proqramları (kurikulumlar) üzrə 2019-cu ilin qəbul imtahanı modelinə uyğun olaraq, oktyabrın 28-də ölkənin 11 şəhər və rayonunda keçirilən sınaq imtahanlarının nəticələri açıqlanıb.

Dövlət İmtahan Mərkəzindən (DİM) Yenicag.az-a verilən məlumata görə, abituriyentlər iş nömrəsini 7727-ə göndərməklə və ya https://eservices.dim.gov.az/netsinaqnew/?frm=egov… linkinə daxil olmaqla imtahanın nəticəsi ilə tanış ola bilərlər.

Qeyd edək ki, imtahanda şagirdlərə hər fənn üzrə 30 test tapşırığı təqdim olunub. Bu tapşırıqların 22-si qapalı, 8-i isə açıq formalıdır. Açıq formalı tapşırıqlardan 3-ü yazılı şəkildə cavablandırılması tələb olunan situasiya və yaxud mətn əsasında hazırlanan tapşırıqlardır. Digər açıq formalı tapşırıqlar uzun müddətdir istifadə olunan hesablama, seçim, xronologiya, uyğunluğu müəyyənetmə tipli tapşırıqlardır.

COP29