!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Sindo-ryu və Pencak-silat” Federasiyası çempionat keçirir

!Reklam – Yazi

imageÜmummilli lideri Heydər Əliyevin xatirəsinə həsr edilmiş X Azərbaycan birinciliyi və çempionatı Azərbaycan “Sindo-ryu və Pencak-silat” Federasiyası gənclərin idmana marağını artırmaq üçün mütəmadi olaraq ölkə daxilində müxtəlif yarışlar keçirir.
Bu barədə Sindo-ryu və Pencak-silat” Federasiyasının vitse-prezidenti Nahid Şəmşirov məlumat verib.
Təşkil edilən çempionatlarda idmançıların öz bacarıqlarını nümayiş etdirmək imkanı əldə etdiyini deyən N.Şəmşirov bunun həm də mənəvi baxımından əhəmiyyətindən danışdı: “Əlbəyaxa döyüş növü olan və gənclərdə çeviklik, cəldlik, sarsılmaz güc, iradə, əzm və özünə inam yaradan pencak-silata artıq Respublikamızda kütləvi maraq formalaşmaqdadır. Bunu nəzərə alan Federasiya rəhbərliyi bu il 30 aprel-1may tarixləri arasında Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr edilmiş X Azərbaycan birinciliyi və çempionatı keçirəcək. Tədbir Sərhədçi Olimpiya İdman Kompleksində təşkil olunacaq. Federasiya pencak-silat üzrə X Azərbaycan birinciliyi və çempionatı ilə yanaşı azarkeşlərin marağını nəzərə alaraq “one silat” idman növündən də beynəlxalq yarış keçirəcək. “One-silat” bu sahədə bizlərin bildiyi qaydasız döyüş anlamını verir və ona Asiya ölkələrində çox böyük maraq var. Bu yarışda əsasən Azərbaycan və Özbəkistan idmançıları güclərini sınayacaqlar. Qaliblərə diplomlar və qiymətli hədiyyələr verilməklə bərabər onlar Asiya və Avropa çempionatlarında iştirak etmək hüququ da qazanacaqlar. Onu da qeyd edək ki, Azərbaycan “Sindo-ryu və Pencak-silat” Federasiyası bu cür tədbirləri hər il keçirir.”

www.yenicag.az

774
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv