Azərbaycan və türkiyəli aktyorların iştirakı ilə çəkilən “Yanlış anlama” filminin qala gecəsi baş tutub.
Yenicag.az xəbər verir ki, qala gecədə filmin yaradıcı heyəti, o cümlədən baş rolun ifaçıları olan türk aktyorları da iştirak edib.
Komik janrda ərsəyə gələn filmin süjet xətti Türkiyə və Azərbaycanda yaşayan iki ailənin 10 günlük həyatından bəhs edir. Ekran işi Türkiyə və Azərbaycanın birgə istehsalı olduğu üçün hər iki ölkənin aktyorlarını bir araya gəlib. Filmin rejissoru Ulaş Cihan Şimşəkdir.
Filmdə aktyor İslam Mehrəliyev, Fərda Xudaverdiyev, aktrisa Pərvin Abıyeva, türkiyəli aktrisa Pelin Sönməz, Şövkət Çoruh, Bahadır Efe, İlkər Ayrık kimi tanınmış aktyorlar da yer alıb. Pərvin filmdə imkanlı kişinin seksual qızı obrazında çəkilib.
Cəvahir
Elvin