!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Sinerji Pro” şirkətindən möhtəşəm yeni il mərasimi və həmrəylik mesajı - VİDEO

!Reklam – Yazi

Ötən gün Bakıda fəaliyyət göstərən “Sinerji Pro” şirkəti Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibəti ilə ziyafət verib.

Yenicag.az xəbər verir ki, “Hyatt Regency” otelində baş tutan təntənəli gecədə şirkətin prezidenti Ufuk Aydın, millət vəkili Adil Əliyev, Azərbaycandan və Türkiyədən olan iş adamları, ictimaiyyət və media nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə Ufuk Aydın açıb. 720 işçini öz tavanı altında birləşdirən “Sinerji Pro”nun rəhbəri Azərbaycanı böyük dövlət adlandırıb. O, ölkə iqtisadiyyatına fayda verdikləri üçün özünü xoşbəxt hiss etdiyini bildirib.

Ufuk Aydın daha sonra səhnəyə millət vəkili Adil Əliyevi dəvət edib.

Millət vəkili isə çıxışında Ufuk Aydının və “Sinerji Pro”nun ölkə iqtisadiyyatına verdiyi faydadan söz açıb. O bildirib ki, Ufuk Aydının və onun rəhbəri olduğu şirkətin gördüyü işlər ölkə başçısı cənab İlham Əliyevin yürütdüyü siyasətə dəstəkdir. Millət vəkilinin sözlərinə görə, görülən işlər Türkiyə ilə Azərbaycan arasında olan münasibətləri daha da möhkəmləndirir.

Ziyafət sənət adamlarının ifaları, bir-birindən rəngarəng rəqslərlə davam edib. Gecənin sonunda “Sinerji Pro” qonaqlara xatirə hədiyyələri təqdim edib.

Emin Səfərov

www.yenicag.az

3210
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv