Sinif yoldaşını bıçaqlayan şagirdə HÖKM OXUNDU

Bakı Ağır Cinayətlər Məhkəməsində paytaxtda sinif yoldaşını bıçaqlamaqda ittiham olunan Nihad Fərhadovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Yenicag.az xəbər verir ki, hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə Nihad Fərhadov 5 il 7 ay azadlıqdan məhrum olunub.

Xatırladaq ki, bu ilin yanvar ayında Səbail rayonu ərazisində bıçaqlanma Bakı şəhər sakini, 17 yaşlı Cəmil Həsənov bıçaqlanıb. Ona bədən xəsarəti yetirməkdə şübhəli bilinən 18 yaşlı Nihad Fərhadov şübhəli şəxs qismində saxlanılaraq istintaqa cəlb edilib. Hər iki şagird Bakı şəhəri 162 nömrəli tam orta məktəbinin 11-ci sinif şagirdi olublar.