Azərbaycanda tütün məmulatlarının qiymətinin artırılması təklif olunur.
Belə bir təkliflə Milli Məclisdə Azərbaycan Respublikasının 2015-ci il üçün büdcə zərfinin plenar müzakirəsi zamanı millət vəkili Musa Quliyev çıxış edib.
Çıxışı zamanı millət vəkili tütün məmulatlarına tətbiq olunan aksiz və ƏDV-nin artırılması ilə bağlı təklif irəli sürüb.
Bundan başqa, M. Quliyev qeyd edib ki, bir çox digər ölkələrlə müqayisədə Azərbaycanda tütün məmulatlarının, xüsusilə siqaretin qiymət aşağıdır.
www.yenicag.az