!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Siqaret pulu vermədiyinə görə anasını DÖYDÜ

!Reklam – Yazi

Bakıda anasını döyən şəxsin məhkəmə prosesi keçirilib. 

Yenicag.az xəbər verir ki, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, M.Mustafayev küçəsi, ev 16A, 10 saylı mənzildə yaşayan A.Orucov (ad-soyad şərtidir) anası S.Orucovadan (ad-soyad şərtidir) siqaret almaq üçün pul istəyib. Lakin, anası pul verməkdən imtina etdiyi üçün yumruqla onun  baş nahiyəsindən iki dəfə və kürək nahiyəsindən bir neçə dəfə vuraraq müxtəlif bədən xəsarətləri yetirib.

Bu əməlinə görə A.Orucov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci (Qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsi ilə təqsirləndirilərək məhkəməyə verilib.

Suraxanı Rayon Məhkəməsində hakim Anar İbrahimovun sədrliyi ilə keçirilən məhkəmə iclasında anası A.Orucovdan şikayətçi olmadığı üçün təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilib.

Qeyd edək ki, o, Vətən Müharibəsi iştirakçısıdır.

www.yenicag.az

593
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv