Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Siqaret satanlara tətbiq edilən cərimələrin MƏBLƏĞİ

Qadağan edilmiş yerlərdə tütün çəkənlərə, tütün məmulatları tullantılarını ətraf mühitə atanlara və tütün məmulatlarını yetkinlik yaşına çatmayanlara satanlara tətbiq edilən cərimələrin məbləği müəyyən olunub.

Bu barədə Yenicag.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib.

Qeyd olunub ki, 2018-2019-cu illər ərzində respublikanın şəhər, rayon polis orqanları tərəfindən keçirilən tədbirlər nəticəsində “Tütün məmulatlarından istifadənin məhdudlaşdırılması haqqında” Azərbaycan Respublikası Qanunu ilə qadağan edilən yerlərdə tütün çəkdiklərinə, tütün məmulatları tullantılarını ətraf mühitə atdıqlarına görə 3034, tütün məmulatlarını yetkinlik yaşına çatmayanlara satdıqlarına görə 453 şəxs İnzibati Xətalar Məcəlləsinin 212.1-ci, 212.4-cü və 455.2-ci maddələrinə əsasən inzibati məsuliyyətə cəlb olunub.

Məlumata görə, onlara tətbiq edilən cərimələr 137 290 manat təşkil edib: “Bu istiqamətdə tədbirlər davam etdirilir”.

www.yenicag.az

456
reyting.az
www.interpress.az
MARGIN-BOTTOM

www.busaat.az
Ziraat Bank New 768×90 / 320×100