!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Siqaretin bahalaşması məsələsində təxribat var?

!Reklam – Yazi

sqaret7Eldar Mahmudovun şəriki olduğu deyilən Rüfət Quliyevin məqsədli şəkildə narazılıq yaratdığına dair gümanlar var

Azərbaycanda manatın dəyərdən düşməsindən sonra ən çox bahalaşan məhsullar sırasında tütün və tütün məhsulları ön sırada dayandı.

Bəzi siqaret markaları üzrə qiymət artımı 50 faiz, bəziləri üzrə isə az qala iki dəfəyə qədər bahalaşma qeydə alındı.

Qeyd edək ki, «Azadlıq» qəzetinin bununla bağlı maraqlı bir araşdırması vardı və orada siqaret istehsalçıları, daha doğrusu, inhisarçılarının günlük gəlirlərindən bəhs olunurdu. Qəzet yazır ki, əgər qiymət artımı 1,5 manatdan götürülsə, bu, siqaret inhisarçılarının gün ərzində büdcəsinə əlavə olaraq 4.5 milyon manat gətirməsi deməkdir. Aylıq isə bu məbləğ 135 milyon edir. Bu göstəriciləri ilə vursaq, o zaman daha iri məbləğ alınır. Beləliklə, bir manat bahalaşma siqaret inhisarçılarının ilə 1 milyard 80 milyon, 1.5 manatdan isə 1 milyard 620 milyon əlavə qazancı deməkdir.

Qəzetin bir başqa maraqlı araşdırması isə 1 kiloqram tütündən nə qədər siqaret alınması ilə bağlıydı. PİA.AZ qəzetə istinadən xəbər verir ki, hazırda dünya bazarında bir kiloqram tütünün qiyməti 3 dollardır. 1 qutu siqaretin hazırlanmasına 20 qram tütün sərf olunur. Bir kiloqram tütündən 5 blok (50 qutu) siqaret almaq olar. Əgər 1 kiloqram tütündən alınan 50 qutu siqaret 2 manatdan satılarsa, bu 100, 3 manatdan satılarsa, 150 manat deməkdir. Deməli, iki qutu siqaretin satılması ilə 50 qutu siqaretin istehsalı üçün sərf olunan 1 kiloqramlıq tütünün xərci ödənilir.

Azərbaycanda gün ərzində 3 milyon qutu siqaretin satıldığını nəzərə alsaq, bu, gün ərzində 60 ton tütünün istifadə olunması deməkdir.

Azərbaycanın daxildə tütün isteshsalı 2.8 min tondur. Bu miqdarda tütün ölkənin ay yarım təlabatını görür. Yerdə qalan hissə isə idxal hesabına ödənir. Bura həm tütünün xammal kimi, həm də hazır məhsul kimi idxalı daxildir.

Jam.az isə məsələ ilə bağlı başqa bir məqamı üzə çıxarıb. Qeyd edək ki, Azərbaycanda ən böyük siqaret inhisarçısı «Europiean Tobacco» şirkətidir. İldə istehsal və qablaşdırma ilə birlikdə ortalama 1 milyard qutu siqaret satışa çıxaran şirkətin sahibi deputat Rüfət Quliyevdir.

Rüfət Quliyev uzun illərdir sözügedən şirkətin rəhbəridir və onun sabiq MTN rəhbəri Eldar Mahmudovun şəriki olduğu bildirilir. JAM.AZ-a məlumat verən mənbələrin iddialarına görə, Rüfət Quliyevin mandat sahibi olmasında da məhz Mahmudovun xüsusi xidmətləri olub. Əvəzində isə sabiq nazir deputatla «European Tobacco» şirkətində şəriklik ediblər.

Araşdırmalar zamanı məlum olub ki, Rüfət Quliyevin uzunmüddət mətbuatda «vurulması»nın önlənilməsi üçün MTN-in keçmiş generalları heç də az əziyyət çəkməyiblər. İddialara görə, Quliyevin mətbuatla «dostlaş»ması üçün «MTNçi»lər müxtəlif vasitələrdən istifadə ediblər. Və bunun da başlıca səbəbi deputatın nazirlə şərik olması göstərilir.

Mənbələr maraqlı bir müqayisə də aparırlar. Onlar deyirlər ki, əgər bu gün Əsabil Qasımov və Tahir Süleymanov un monopoliyasının başçısı kimi tanınırlarsa, Rüfət Quliyev də siqaret inhisarının başında duran şəxsdir. Onların sözlərinə görə, faktiki olaraq siqaret də çörək qədər insanlar üçün əhəmiyyətli məhsula çevrilib və o səbəbdən də tütün məhsullarının bahalaşdırılması etirazlar üçün ciddi əsaslar yarada bilər. Mənbə hətta onu da vurğulayır ki, Lənkəran və digər rayonlarda keçirilmiş etirazlarda əhalinin ucuzlaşmasını tələb etdikləri əsas məhsullardan biri də siqaret olub.

JAM.AZ-a danışan mənbələr başqa bir məqama da diqqət yönəldirlər. Onların sözlərindən belə başa düşülür ki, Rüfət Quliyev indiki məqamda daha çox pul qazanmaq üçün çalışa bilər. Üstəlik, o, bunun üçün «xammalı xaricdən alırıq» bəhanəsini də gətirə bilər. Amma mənbələr belə bir güman içində olduqlarını da gizlətmirlər ki, adıçəkilən deputat Eldar Mahmudovun şəriki olduğundan siqareti bahalaşdırmaqla narazılıq yaradılmasına yardımçı olmağa çalışır. Hər halda bu kifayət qədər ciddi ittihamdır və deyilənlər təsdiqlənərsə, bu artıq Rüfət Quliyevin karyerasının sonu demək olar.

Qarşı tərəfi də dinləməyə hazırıq.

www.yenicag.az

541
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv