Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
REKLAM: KRISTAL ABŞERON

Siqaretin zərərlərindən xilas olmağın 3 sadə ÜSULU

Siqaret çəkən adamlar adətən bu pis vərdişlərindən xilas olmaq istədiklərini, lakin siqareti tərgidə bilmədiklərini deyirlər. Siqareti tərgitmək üçün müxtəlif üsullar yoxlasalar da, bir müddət sonra yenidən siqaretə başlayan onlarla şəxsi yəqin, siz də tanıyırsınız.

Siqaretdən xilas olmaq istəyən şəxslərə sadə və rahat tətbiq olunan üsullar təqdim edir:

1. Bol su için

Siqaretin təkibindəki həzzverici maddə nikotin adlanır. Davamlı istifadə etdikdə nikotin bütün hüceyrələrə yayılır. Bədəni nikotindən təmizləməyin ən yaxşı və sadə üsulu bol su içməkdir.

2. Vitamin qəbul edin

Toksinlər atıldıqca, bədənin köməyə ehtiyacı olur. Siqaret istifadəsi bədəndə olan C vitaminini yox edir. Buna görə də C vitaminli qidalardan bol-bol istifadə siqaretin bədənimizə verdiyi ziyanı bərpa edir. Bundan başqa, A və E vitaminləri eyni nəticəni verir.

3. Zəncəfil

Siqareti tərgitmə ərəfəsində insanlar ən çox ürək bulantısı ilə qarşılaşır. Bu zaman köməyinizə zəncəfil gələcək. Zəncəfili həb kimi udmaq və yaxud çayını dəmləyib içmək olduqca təsirlidir. Zəncəfil antioksidant xüsusiyyətlərinə malikdir, insanın orqanizmini toksinlər, şlaklardan təmizləyir, cavanlaşdırır, orqanizmin tonusunu qaldırır, immuniteti möhkəmləndirir./Medicina/

www.yenicag.az

1181