!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Sıra ordu içindəki “Paralel”ə çatdı – Gülənin general həbs edildi

!Reklam – Yazi

tuggeneral_celepoglundan_suc_duyurusu_h23458Türkiyədə “MİT tırları” adı ilə məşhur məhkəmə işində maraqlı anlar yaşandı. Ankara Jandarma Bölgə komandanı, tuğgeneral İbrahim Aydın, tuğgeneral Hamza Celepoğlu və təqaüddə olan polkovnik Bürhanəddin Cihangiroğlu həbs edilib.

Yenicag.az xəbər verir ki, Adana və Hatayda 1-19 yanvar 2014-cü il tarixində MİT-ə aid tırrların saxlanılaraq, deşifrə olmasında rol alan digərləri kimi hərbçilər də həbs edilib.

Hər üç hərbçi “dövlətin gizli bilgilərini casusluq niyyəti ilə açıqlama, silahlı terror təşkilatı qurma və Türkiyə Cümhuriyyəti hökumətini ortadan qaldırmağa təşəbbüs” suçu ilə ittiham edilib.

Yenicag.az xəbər verir ki, tuğgeneral Hamza Celepoğlunun Fətullah Gülənin liderlik etdiyi şəbəkənin ordu içindəki casuslarından olması faktı da öz təsdiqini tapıb. Hökumətə yaxın “Sabah” qəzeti hələ bir müddət öncə bu generalın Camaatın ciddi şəkildə qoruduğu hərbçilərdən olduğunu bildirmişdi. Onun türk ordusunun gizli bilgilərini ABŞ-a satdığı da iddia olunmaqdadır. Maraqlıdır ki, son iddianın müəllifi hökumətə yaxın media deyil, müxalifətdir.

Yenicag.az

www.yenicag.az

582
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv