!Reklam
!Reklam – Sol
!Reklam – Sag
!Reklam – Qarabag

“Sıradan bir oxuyandır …” - Nazimlə Nura Suri arasında QALMAQAL

!Reklam – Yazi

Uzun müdəddir müğənni Nazim Pişyari ilə Nura Suri arasında soyuq küləklər əsir. Sənətçilərin adları xeyli vaxtdır şou-biznesin küsülü həmkarları sırasındadır. Nuranı müğənni kimi qəbul etməyən Pişyari aralarındakı qalmaqalın səbəbini açıqlamasa da, xanım həmkarının oxuduğunun ona aidiyyətinin olmadığında israr edib.

Yenicag.az-a açıqlama verən Nazim Nura ilə heç bir əlaqəsinin olmadığını və gələcəkdə də olmayacağını bildirib:

“Mən bu yaxınlarda onun barəsində demişəm ki, deyilənə görə, müğənnidir, mahnı oxuyur. Amma onun nə oxuduğunun mənə dəxli yoxdur. Belə demişəm və yenə də öz fikrimdə qalıram. Onun şəxsiyyətinə toxunmamışam, sənətinə dair öz fikrimi bildirmişəm. Ola bilər ki, mənim də oxumağımın ona dəxli olmasın. Sadəcə olaraq onun yaradıcılığı mənə maraqlı deyil. Nura Suri ilə həyatda heç bir əlaqəm yoxdur, heç bir əlaqəm də olmayıb. Heç gələcəkdə belə bir əlaqənin olacağı gözlənilmir. Mənim üçün heç maraq da kəsb etmir ki, onunla tanış olum. Sıradan bir oxuyandır. Bu qədər…”

Nazim aralarındakı narazılığın nədən qaynalandığını açıqlamayıb, amma onunla heç bir ədavətinin də olmadığını bildirib.

Cəvahir

www.yenicag.az

472
Ads
www.veteninfo.com
!Reklam – Arxiv