Şirkət əməkdaşı faciəvi şəkildə öldü
“Azercell” MMC-yə məxsus transformatorda təmir işləri aparan şəxs bədbəxt hadisə nəticəsində ölüb.
Yenicag.az Report-a istinadən xəbər verir ki, hadisə Yardımlı rayonunun Zevin kəndində qeydə alınıb.
Məlumata görə, həmin kənddə quraşdırılan “Azercell” MMC-yə məxsus transformatorda təmir işləri aparan mühəndis, 1975-ci il təvəllüdlü Quliyev Xasay Ağakərim oğlunu elektrik cərəyanı vuraraq öldürüb.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.
Qeyd edək ki, X.Quliyev “Loginet” şirkətinin əməkdaşı olub.