Şirkət maşını dərəyə aşdı – Azərbaycanda

Daşkəsən rayonunda idarəetmədən çıxan yük avtomobili dərəyə aşıb.

Yenicag.az xəbər verir ki, Alunit qəsəbəsində baş verən hadisə nəticəsində 1 nəfər xəsarət alıb.

Qəzaya düşən yük avtomobili Azərbaycanda fəaliyyət göstərən şirkətlərin birinə məxsusdur.

Faktla bağlı araşdırma aparılır.

Bundan əvvəl Ağstafada yaşlı kişini avtomobil vurub. (report)