Şirkət rəhbəri faciəvi şəkildə öldü

Avstraliyada yüngül mühərrikli DHC-2 Beaver sərnişin təyyarəsi çaya düşüb.

Yenicag.az xəbər verir ki, qəza nəticəsində pilot və təyyarədə olan beş nəfər həlak olub. Məlumata görə, ölənlər arasında “Compass Group” şirkətinin rəhbəri, britaniyalı milyarder Riçard Kazins və yaxınları da olub.

“Compass Group” – dünyanın ən böyük qida şirkətidir. Şirkət dünyanın 50 ölkəsində fəaliyyət göstərir və məktəblərə, xəstəxanalara, ofislərə, universitetlərə ərzaq çatdırılması ilə məşğuldur.