Şirkətdə partlayış – Sahə rəisi və 5 yaşlı oğlu xəsarət aldı

Abşeron rayonunda baş vermiş partlayışda iki nəfər xəsarət alıb.

Yenicag.az-ın məlumatına görə, hadisə Xırdalan şəhəri 50-də yerləşən “İntertexnika” MMC-nin anbarında qaz sızmasından baş verib.

Baş verən partlayış nəticəsində şirkətin istismar rəisi, 1982-ci il təvəllüdlü Qasımov Azad Vahid oğlu və onun azyaşlı öğlu, 2013-cü il təvəllüdlü Qasımov Şəhriyar Azad oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.