!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Şirkətlərdə məlumat sızmaları: “Twitter” və “Facebook” liderdir

!Reklam – Yazi

Niderlandın mobil telefonlar və kredit kartları üçün “Gemalto” çip istehsalçısı 2018-ci ilin birinci yarısının yekunları üzrə şirkətlərdə 4,6 milyard məlumat sızması qeydə alıb. Bu, bir il əvvəlin göstəricisini 133 faiz üstələyir.

Yenicag.az “ICTnews”a istinadən xəbər verir ki, məlumat sızması ilə əlaqədar ümumilikdə 945 insident baş verib. Bu göstərici 2017-ci ilin yanvar-iyununda 1162 təşkil edib. Kiberinsidentlərin çoxu Şimali Amerika (559), Avstraliya (308) və Böyük Britaniyada (22) qeydə alınıb.

Baş verən 945 məlumat sızmasının 256-sı səhiyyənin, 132-si maliyyə sektorunun, 86-sı təhsil müəssisələrinin, 68-i peşə xidməti sahəsi üzrə tədarükçü şirkətlərin, 61-i dövlət müəssisələrinin payına düşüb.

Cinayətkar fəaliyyət nəticəsində şirkətlər 6 ay ərzində 3,6 milyard məlumat itkisi ilə üzləşiblər ki, bu da 2017-ci ilin ilk yarısı ilə müqayisədə 1300 faiz çoxdur. Təsadüfi sızmalar nəticəsində itirilən məlumatların həcmi 47 faiz – 880 milyon məlumatadək azalıb.

Cinayətkarlar şirkətlərə daha çox (87,2 faiz) fərdi məlumatların oğurlanması üçün hücum edirlər. Populyarlığa görə ikinci hədəf maliyyə məlumatlarının ələ keçirilməsidir (2018-ci ilin birinci yarısında burada sızmanın həcmi 359 milyon məlumata bərabər olub). Sonrakı yerdə hesab məlumatlarının sızması (ələ keçirilən 220 milyon məlumat nümunəsi) yer alıb.

İri sosial şəbəkələr, o cümlədən “Twitter” və “Facebook” oğurlanmış məlumatların sayına görə liderdir. Sonrakı mövqelərdə dövlət müəssisələri yer alıb.

www.yenicag.az

11432
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv