!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Şirkətlərin milyonluq borc qalmaqalında yeni məqam: 2 milyon kimə və niyə ödənildi?

!Reklam – Yazi

big_1440151863_borcİnterpress.az Azərbaycanda fəaliyyət göstərən iri şirkətlərin aylardır ki, əməkdaşlarına yüz milyonlarla manat əmək haqqı borcunu ödəyə bilməməsi haqqında məlumat vermişdi.

Məlumata görə, həmin şirkətlər son zamanlar paytaxtda aparılan irimiqyaslı layihələrin podratçısı olub. Sifarişçi təşkilat kimi SOCAR çıxış etsə də, hazırda bu qurum özü də çıxılmaz vəziyyətdə qalaraq, şirkətlərə sözügedən vəsaiti ödəyə bilmir.
Podratçı və subpodratçıların alacağı məbləğ isə yüz milyonlarla manat təşkil edir. Artıq bir neçə aydır ki, işçilərə əmək haqqı ödəməyən həmin şirkətlər həm də vergi borclarını verə bilmirlər. Bu isə onlara həm də cəza məsuliyyəti yaradır.

Görülən işin müqabilində vəsait ödənməyən şirkətlərə “Universal Servis Komp.A” MMC ; “Rabitəçi” MMC; “Abadlıq” LTD ; “Azərnəqliyyat inşaat” MMC; “SV group” MMC; “NQT” Tresti; “Azİmport” MMC; “Bakı İnşaat-Bərpa” Co; “Bakı Abadlıq” MMC; “Əsl inşaatçı” MMC; 16 saylı İ.İ.T.T; “Təmir-Tikinti AzNY” ASC; “Bərpa NTT” və digər şirkətlər daxildir.
İnterpress.az-a daxil olan son məlumata görə, mətbuatda bu barədə xəbərlər yayıldıqdan sonra şirkətlərdən birinə- “Bakı Abadlıq” MMC-yə borcun müəyyən hissəsi ödənilib. Belə ki, “Bakıabadlıq” MMC-yə ödənilməli olan 15 milyon manat vəsaitin ancaq 2 milyona yaxını verilib. Həmçinin şirkət rəhbərliyinə qalan vəsaitin tədricən ödəniləcəyi bildirilib. Bundan sonra şirkət rəhbərliyi vəsaiti ala bilməyən digər şirkətlərlə birbaşa təmasları kəsib və borcun qalan hissəsini ödəniləcəyi vədinin yerinə yetirilməsini gözləyir. Məlumata görə, şirkət rəhbərliyi belə davranışla borcun qalan hissəsini ala bilmək üçün Nazirlər Kabinetindəki əlaqələndirici şəxsin qəzəbinə tuş gəlməməyə çalışır.

Maraqlı məqam külli miqdarda borcu olan şirkətlər arasından vəsaitin ödənilməsi üçün məhz “Bakıabadlıq” MMC-nin seçilməsidir. Qeyd edək ki, “Bakıabadlıq” MMC paytaxtın müxtəlif ərazilərində, o cümlədən Bakı Olimpiya stadionunun ətrafında həyata keçirilən abadlıq və yenidənqurma işlərində, yaşıllıq sahələrinin salınmasında, həmin ərazilərin qorunub-saxlanılmasında məsuldur. Lakin həmin yaşıllıq sahələrinə qulluq üçün tələb olunan vəsaitlər ödənilmədiyi üçün yaşıllıqların baxımsızlıq nəticəsində məhv olmaq ehtimalı var. Bunun qarşısını almaq üçün sözügedən şirkətə borcun müəyyən hissəsi ödənilib və yaşıllıq sahələrinə qulluğun davam etdirilməsi istənilib.

“Əks təqdirdə ölkə prezidenti həmin ərazilərədə yaşıllığın məhv olduğunu görüb səbəbi ilə maraqlandıqda ona veriləcək cavab tapa bilməyəcəkdilər. Buna görə də belə vəziyyətlə qarşılaşmamaq üçün həmin şirkətə əməkdaşlara ödnilməli olan vəsaitin bir hissəsi verilib. Qalan vəsaitin də tədricən ödəniləcəyi bildirilib. Bu isə onu göstərir ki, prezident vəziyyətdən xəbərdar olacağı təqdirdə buna görə məsuliyyət daşıyanlar ağır cəzalandırılacaq. Buna görə də ciddi-cəhdlə durumu ölkə başçısından gizlətməyə çalışırlar. Halbuki “Bakıabadlıq” MMC kimi digər şirkətlərdə çalışan minlərlə əməkdaş da aylardır ki, əmək haqqını ala bilmir” deyə mənbə vurğulayıb.

Mövzunu davam etdirəcəyik.

www.yenicag.az

562
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv